Birlәşmiş Millәtlәr Tәşkilatı Tәhlükәsizlik Şurasının qətnamələri

1200px-Flag_of_the_United_Nations.svg.png

Qәtnamә 822 (30 Aprel 1993-cü il)  

Tәhlükәsizlik Şurası,  

Dağlıq Qarabağ münaqişәsinә dair Tәhlükәsizlik Şurasının Sәdri tәrәfindәn edilәn 1993-cü il 29 yanvar 1 vә 6 aprel 2  tarixli bәyanatlarına әsaslanaraq,  

Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli mәruzәsini nәzәrә alaraq,  

Ermәnistan Respublikası ilә Azәrbaycan Respublikası arasında münasibәtlәrin pislәşmәsi ilә әlaqәdar ciddi narahatçılığını ifadә edәrәk,  

Silahlı hәrbi әmәliyyatların genişlәnmәsini vә, xüsusilә, yerli ermәni qüvvәlәrinin Azәrbaycan Respublikasının Kәlbәcәr  rayonuna sonuncu hücumunu hәyәcanla qeyd edәrәk,  

Belә vәziyyәtin regionda sülh vә tәhlükәsizliyә tәhlükә yaratması ilә әlaqәdar narahat olaraq,  

Böyük sayda mülki şәxslәrin yerlәrinin dәyişmәsi vә regionda, xüsusilә Kәlbәcәr rayonunda, fövqәladә humanitar  vәziyyәtlә bağlı ciddi narahatçılığını ifadә edәrәk,  

Regionda bütün dövlәtlәrin suverenliyi vә әrazi bütövlüyünә hörmәt edilmәsini bir daha tәsdiq edәrәk,  

Hәmçinin, beynәlxalq sәrhәdlәrin pozulmazlığını vә әrazi әldә etmәk mәqsәdilә gücdәn istifadәnin yolverilmәzliyini bir  daha tәsdiq edәrәk,  

Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsi çәrçivәsindә hәyata keçirilәn sülh prosesini dәstәklәdiyini bәyan edәrәk,  vә silahlı hәrbi әmәliyyatların genişlәnmәsinin bu proses üçün dağıdıcı nәticә verә bilәcәyindәn dәrindәn narahat olaraq,  

1. Möhkәm atәşkәsin әldә edilmәsi mәqsәdilә bütün hәrbi әmәliyyatların vә düşmәnçilik aktlarının dәrhal dayandırılmasını,  hәmçinin bütün işğalçı qüvvәlәrin Kәlbәcәr rayonundan vә Azәrbaycanın digәr bu yaxınlarda işğal olunmuş rayonlarından  dәrhal çıxarılmasını tәlәb edir;  

2. Münaqişәnin Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsinin Minsk qrupunun sülh prosesi çәrçivәsindә hәll  edilmәsi mәqsәdilә maraqlı tәrәflәri danışıqları dәrhal bәrpa etmәyә vә problemin sülh yolu ilә hәllini çәtinlәşdirәn hәr  hansı hәrәkәtlәrdәn çәkinmәyә çağırır;  

3. Mülki әhalinin әzablarını yüngüllәşdirmәk üçün regionda, xüsusilә münaqişәyә mәruz qalmış rayonlarda, humanitar  yardımın göstәrilmәsi üzrә beynәlxalq fәaliyyәtin maneәsiz hәyata keçirilmәsinә çağırır, bütün tәrәflәrin beynәlxalq  humanitar hüququn prinsip vә normalarına riayәt etmәyә borclu olduqlarını yenidәn tәsdiq edir;  

4. Baş Katibdәn Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsinin Fәaliyyәtdә olan Sәdri, hәmçinin Müşavirәnin Minsk  qrupunun Sәdri ilә mәslәhәtlәşmәdә regionda, xüsusilә Azәrbaycanın Kәlbәcәr rayonunda, vәziyyәtin qiymәtlәndirilmәsini  aparmağı, vә Şuraya növbәti mәruzәni tәqdim etmәyi xahiş edir;  

5. Mәsәlә ilә fәal şәkildә mәşğul olmağı davam etdirmәyi qәrara alır.  

3205 saylı iclasda yekdilliklә qәbul edilmişdir. 

Mәnbә: Tәhlükәsizlik Şurasının 1993-cü il rәsmi hesabatları, qәtnamәlәri vә qәrarları.  

l. S/25199.  

2. S/25539.  

3. Tәhlükәsizlik Şurasının rәsmi hesabatları, qırx sәkkizinci il, 1993-cü ilin aprel, may vә iyun ayları üçün әlavә, sәnәd  S/25600. 

 

Qәtnamә 853 (29 iyul 1993-cü il)  

Tәhlükәsizlik Şurası,  

30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qәtnamәsini tәsdiq edәrәk,  

Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsinin (ATӘM) Minsk qrupunun Sәdrinin 27 iyul 1993-cü il1 tarixindә dәrc  olunmuş mәruzәsini nәzәrdәn keçirәrәk,  

Ermәnistan Respublikası vә Azәrbaycan Respublikası arasında münasibәtlәrin pislәşmәsi vә onlar arasındakı gәrginliklә әlaqәdar ciddi narahatçılığını ifadә edәrәk,  

Maraqlı tәrәflәrin 822 (1993) saylı qәtnamәnin hәyata keçirilmәsi üzrә tәxirәsalınmaz tәdbirlәr planını qәbul etmәsini  alqışlayaraq,  

Hәrbi әmәliyyatların genişlәnmәsini vә, xüsusilә Azәrbaycan Respublikasının Ağdam rayonunun işğal edilmәsini hәyәcanla  qeyd edәrәk,  

Belә vәziyyәtin regionda sülh vә tәhlükәsizliyә tәhlükә yaratmasının davam etmәsi ilә әlaqәdar narahat olaraq,  

Azәrbaycan Respublikasında böyük sayda mülki şәxslәrin yerlәrinin dәyişmәsi vә regionda fövqәladә humanitar vәziyyәtlә әlaqәdar yenidәn ciddi narahatçılığını ifadә edәrәk,  

Azәrbaycan Respublikasının vә regionda bütün digәr dövlәtlәrinin suverenliyi vә әrazi bütövlüyünü bir daha tәsdiq edәrәk,  

Hәmçinin, beynәlxalq sәrhәdlәrin pozulmazlığını vә әrazi әldә etmәk mәqsәdilә gücdәn istifadәnin yolverilmәzliyini bir  daha tәsdiq edәrәk,  

1. Ağdam rayonunun vә Azәrbaycan Respublikasının digәr bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pislәyir;  

2. Bundan başqa regionda bütün düşmәnçilik hәrәkәtlәrini, xüsusilә mülki şәxslәrә hücumları vә mәskunlaşmış rayonların  bombardman edilmәsini pislәyir;  

3. Bütün hәrbi әmәliyyatların dәrhal dayandırılmasını, münaqişәdә iştirak edәn işğalçı qüvvәlәrin Ağdam rayonundan vә Azәrbaycan Respublikasının digәr bu yaxınlarda işğal edilmiş rayonlarından dәrhal, tam vә qeyd-şәrtsız çıxarılmasını tәlәb  edir;  

4. Maraqlı tәrәflәri atәşkәsә dair möhkәm razılaşmalar әldә etmәyә vә onlara riayәt etmәyә çağırır;  

5. Yuxarıdakı 3 vә 4-cü maddәlәr kontekstindә regionda iqtisadi, nәqliyyat vә enerji әlaqәlәrinin bәrpa edilmәsinә dair  özünün әvvәlki çağırışlarını yenidәn tәsdiq edir;  

6. 822 saylı (1993) qәtnamәnin hәyata keçirilmәsi sәylәri dә daxil olmaqla, ATӘM-in Minsk qrupunun münaqişәnin sülh  yolu ilә hәllinә nail olmaq üzrә davam edәn sәylәrini bәyәnir, vә hәrbi әmәliyyatların genişlәnmәsinin bu cәhdlәr üçün  doğurmuş dağıdıcı nәticәlәri ilә bağlı ciddi narahatçılığını ifadә edir; 

7. Yerlәşdirilmәsi cәdvәli ilә ATӘM-in müşahidә missiyasının hazırlanmasını, hәmçinin Müşavirәnin regionda iştirakının  tәmin edilmәsi tәklifinin Müşavirә çәrçivәsindә nәzәrdәn keçirilmәsini alqışlayır;  

8. Maraqlı tәrәflәri münaqişәnin sülh yolu ilә hәllinә mane olan hәr cür hәrәkәtlәrdәn çәkinmәyә, vә ATӘM-in Minsk qrupu  çәrçivәsindә, hәmçinin birbaşa әlaqәlәr vasitәsilә mәsәlәnin qәti hәllinin әldә edilmәsi mәqsәdilә onlar arasında danışıqları davam etdirmәyә tәkidlә çağırır;  

9. Azәrbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermәnilәri tәrәfindәn 822 saylı (1993) qәtnamәnin vә hazırkı qәtnamәnin müddәalarına riayәt edilmәsi vә bu tәrәfin ATӘM-in Minsk qrupunun tәkliflәrini qәbul etmәsi mәqsәdilә Ermәnistan Respublikasının hökumәtini öz tәsirini göstәrmәkdә davam etmәyi tәkidlә çağırır;  

10. Dövlәtlәri münaqişәnin intensivlәşmәsinә vә ya әrazi işğalının davam etdirilmәsinә apara bilәcәk hәr hansı silahın vә hәrbi sursatın tәchiz edilmәsindәn çәkinmәyә tәkidlә çağırır;  

11. Mülki әhalinin artan әzablarını yüngüllәşdirmәk mәqsәdilә, regionda, xüsusilә münaqişәyә mәruz qalmış bütün  rayonlarda, humanitar yardımın göstәrilmәsi üzrә beynәlxalq fәaliyyәtin maneәsiz tәmin edilmәsinә bir dә çağırır, vә bütün tәrәflәrin beynәlxalq humanitar hüququn prinsip vә normalarına riayәt etmәyә borclu olduqlarını bir daha tәsdiq  edir;  

12. Baş Katibdәn vә müvafiq beynәlxalq qurumlardan zәrәr çәkmiş mülki әhaliyә tәcili humanitar yardım göstәrmәyi vә qaçqın düşmüş şәxslәrin öz evlәrinә qayıtmalarına kömәk göstәrmәyi xahiş edir;  

13. Baş Katibdәn ATӘM-in Fәaliyyәtdә olan Sәdri, hәmçinin Minsk qrupunun Sәdri ilә mәslәhәtlәşmәdә vәziyyәt barәdә Şuraya mәruzәlәr tәqdim etmәsinin davam etdirilmәsini xahiş edir;  

14. Mәsәlә ilә fәal şәkildә mәşğul olmağı davam etdirmәyi qәrara alır.  

3259 saylı iclasda yekdilliklә qәbul edilmişdir.  

Mәnbә: 1993-cü il üçün Tәhlükәsizlik Şurasının rәsmi hesabatları, qәtnamә vә qәrarları.  

1. Tәhlükәsizlik Şurasının rәsmi hesabatları, qırx sәkkizinci il. 1993-cü ilin iyul, avqust vә sentyabr ayları üçün әlavәlәr,  sәnәd S/26184. 

 

Qәtnamә 874 (14 oktyabr 1993-cü il)  

Tәhlükәsizlik Şurası,  

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) vә 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qәtnamәlәrini tәsdiq edәrәk vә 18  avqust 1993-cü ildә1 Tәhlükәsizlik Şurası Sәdrinin Şuranın adından oxuduğu bәyanata әsaslanaraq,  

Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsinin (ATӘM) Dağlıq Qarabağ üzrә Minsk konfransının Sәdrinin  Tәhlükәsizlik Şurası Sәdrinin adına müraciәtlәnmiş 1 oktyabr 1993-cü il tarixli mәktubunu nәzәrdәn keçirәrәk,  

Azәrbaycan Respublikasının Dağlıq Qarabağ regionunda vә onun әtrafında münaqişәnin davam etdirilmәsi vә Ermәnistan  Respublikası ilә Azәrbaycan Respublikası arasında gәrginliyin regionda sülh vә tәhlükәsizliyә tәhlükә yarada bilәcәyi ilә әlaqәdar dәrin narahatçılığını ifadә edәrәk,  

8 oktyabr 1993-cü ildә Moskvada yüksәk sәviyyәdә keçirilәn görüşlәri qeyd edәrәk, vә bu görüşlәrin vәziyyәtin  yaxşılaşmasına vә münaqişәnin sülh yolu ilә hәll edilmәsinә töhfә verәcәyinә dair ümidlәrini ifadә edәrәk,  

Azәrbaycan Respublikasının vә regionda bütün digәr dövlәtlәrin suverenliyi vә әrazi bütövlüyünü bir daha tәsdiq edәrәk,  Hәmçinin, beynәlxalq sәrhәdlәrin pozulmazlığını vә әrazi әldә etmәk mәqsәdilә gücdәn istifadәnin yolverilmәzliyini bir  daha tәsdiq edәrәk,  

Münaqişә üzündәn insanların mәruz qaldığı әzablar vә regionda ciddi fövqәladә humanitar vәziyyәtlә әlaqәdar, vә xüsusilә Azәrbaycan Respublikasında böyük sayda mülki şәxslәrin yerlәrinin dәyişmәsi ilә әlaqәdar özünün ciddi narahatçılığını bir  daha ifadә edәrәk,  

1. Maraqlı tәrәflәri ATӘM-in Minsk qrupuna kömәk mәqsәdilә Rusiya Federasiyası hökumәtinin yardımı ilә hәyata keçirilәn  birbaşa әlaqәlәr nәticәsindә әldә edilәn atәşkәsi effektiv vә daimi etmәyә çağırır;  

2. ATӘM çәrçivәsindә hәyata keçirilәn sülh prosesini vә Minsk qrupunun yorulmaz sәylәrini tam şәkildә dәstәklәdiyini  yenidәn bәyan edir;  

3. 28 sentyabr 1993-cü il tarixindә ATӘM-in Minsk qrupunun iclasında üzә çıxarılan vә Minsk qrupunun doqquz digәr  üzvünün hәrtәrәfli dәstәyi ilә Qrupun Sәdri tәrәfindәn maraqlı tәrәflәrә tәqdim olunan "Tәhlükәsizlik Şurasının 822 (1993)  vә 853 (1993) saylı qәtnamәlәrinin hәyata keçirilmәsi üzrә tәxirәsalınmaz addımların yenilәşdirilmiş cәdvәli"ni3 alqışlayır  vә tәrәflәrin diqqәtinә çatdırır, vә tәrәflәri onu qәbul etmәyә çağırır;  

4. Münaqişәdәn irәli gәlәn vә Yenilәşdirilmiş cәdvәldә bilavasitә nәzәrdәn keçirilmәyәn bütün başqa hәll olunmamış mәsәlәlәrin Minsk prosesi kontekstindә sülh danışıqları vasitәsilә tezliklә hәll edilmәsi vacibliyinә әmin olduğunu ifadә edir;  

5. Bu yaxınlarda işğal edilmiş әrazilәrdәn qoşunların çıxarılması vә rabitә vә nәqliyyat üçün bütün maneәlәrin aradan  qaldırılması da daxil olmaqla, ATӘM-in Minsk qrupunun Yenilәşdirilmiş cәdvәlindә nәzәrdә tutulan qarşılıqlı vә tәcili  addımların dәrhal hәyata keçirilmәsinә çağırır;  

6. ATӘM-in Nazirlәr Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yenilәşdirilmiş cәdvәldә nәzәrdә tutulduğu kimi münaqişәnin danışıqlar yolu ilә hәll edilmәsinә nail olmaq mәqsәdilә tezliklә Minsk konfransının  keçirilmәsinә çağırır; 

7. Baş Katibdәn ATӘM-in Minsk konfransında iştirak etmәk üçün nümayәndә göndәrmәk dәvәtinә müsbәt cavab vermәyi  vә Konfransın açılmasından sonra mәtlәbә dair başlanan danışıqlara bütün mümkün kömәk göstәrmәyi xahiş edir;  

8. ATӘM tәrәfindәn yaradılmış müşahidәçilәr missiyasını dәstәklәyir;  

9. Bütün tәrәflәri beynәlxalq humanitar hüququ pozmaqdan çәkinmәyә çağırır vә münaqişәyә mәruz qalmış bütün  rayonlarda humanitar yardımın göstәrilmәsi üzrә beynәlxalq fәaliyyәtin maneәsiz hәyata keçirilmәsinin tәmin edilmәsinә dair 822 (1993) vә 853 (1993) saylı qәtnamәlәrindәki çağırışlarını tәkrar edir;  

10. Regionda bütün dövlәtlәri münaqişәnin genişlәnmәsinә gәtirib çıxaran vә regionda sülh vә tәhlükәsizliyi pozan hәr cür  düşmәnçilik hәrәkәtlәrindәn vә hәr cür müdaxilәdәn çәkinmәyә tәkidlә çağırır;  

11. Baş Katibdәn vә müvafiq beynәlxalq qurumlardan zәrәr çәkmiş mülki әhaliyә tәcili humanitar yardımın göstәrilmәsini  vә qaçqınlara vә mәcburi köçkünlәrә tәhlükәsiz şәraitdә vә lәyaqәtlә öz evlәrinә qayıtmağa kömәklik edilmәsini xahiş edir;  

12. Baş Katibdәn, ATӘM-in Fәaliyyәtdә olan Sәdrindәn vә ATӘM-in Minsk Konfransının Sәdrindәn Minsk prosesinin gedişi  vә yerdә vәziyyәtin bütün aspektlәri vә bununla әlaqәdar ATӘM ilә Birlәşmiş Millәtlәr Tәşkilatı arasında indiki vә gәlәcәk  әmәkdaşlıq haqqında Şuraya mәruzәlәrin verilmәsini davam etdirmәyi xahiş edir;  

13. Mәsәlә ilә fәal şәkildә mәşğul olmağı davam etdirmәyi qәrara alır.  

3292 saylı iclasda yekdilliklә qәbul edilmişdir.  

Mәnbә: Tәhlükәsizlik Şurasının 1993-cü il üçün rәsmi hesabatları, Qәtnamәlәri vә qәrarları.  

l.S/26326.  

2. Tәhlükәsizlik Şurusının rәsmi hesabatları, qırx sәkkizinci il, 1993-cü ilin oktyabr, noyabr vә dekabr ayları üçün әlavә,  sәnәd S/26522.  

3. Yenә orada, sәnәd S/26522, әlavә. 

 

Qәtnamә 884 (12 noyabr 1993-cü il)  

Tәhlükәsizlik Şurası,  

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) vә 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qәtnamәlәrini tәsdiq edәrәk,  

Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Müşavirәsi (ATӘM) çәrçivәsindә hәyata keçirilәn sülh prosesi, vә ATӘM-in Minsk  qrupunun yorulmaz sәylәrini tam şәkildә dәstәklәdiyini tәsdiq edәrәk,  

ATӘM-in Dağlıq Qarabağ üzrә Minsk konfransının Fәaliyyәtdә olan Sәdrinin Tәhlükәsizlik Şurası Sәdrinin adına  müraciәtlәnmiş 9 noyabr 1993-cü il tarixli mәktubunu vә ona әlavәlәri nәzәrә alaraq,  

Azәrbaycan Respublikasının Dağlıq Qarabağ regionunda vә onun әtrafında münaqişәnin davam etdirilmәsi vә Ermәnistan  Respublikası ilә Azәrbaycan Respublikası arasındakı gәrginliyin regionda sülh vә tәhlükәsizliyi tәhlükә altına atması ilә әlaqәdar ciddi narahatçılığını ifadә edәrәk,  

Atәşkәsin pozulması vә buna cavab olaraq gücün hәddindәn artıq tәtbiq edilmәsi, xüsusilә Azәrbaycan Respublikasında  Zәngilan rayonunun vә Horadiz şәhәrinin işğalı nәticәsindә hәrbi әmәliyyatların genişlәnmәsini hәyәcanla qeyd edәrәk,  

Azәrbaycan Respublikasının vә regionda digәr dövlәtlәrinin suverenliyi vә әrazi bütövlüyünü bir daha tәsdiq edәrәk,  

Hәmçinin, beynәlxalq sәrhәdlәrin pozulmazlığı vә әrazi әldә etmәk mәqsәdilә gücün tәtbiqinin yolverilmәzliyini bir daha  tәsdiq edәrәk,  

Son zamanda böyük sayda mülki şәxslәrin yerlәrinin dәyişmәsi vә Zәngilan rayonunda, Horadiz şәhәrindә vә Azәrbaycanın  cәnub sәrhәdindә fövqәladә humanitar vәziyyәtin yaranması ilә әlaqәdar ciddi narahatçılığını ifadә edәrәk,  

1. Hәrbi әmәliyyatların yenidәn başlanması ilә nәticәlәnәn tәrәflәr arasında әldә edilmiş atәşkәsin pozulmasını, xüsusilә Zәngilan rayonunun vә Horadiz şәhәrinin işğal edilmәsini, dinc әhaliyә qarşı hücumları vә Azәrbaycan Respublikasının  әrazisinin bombardman edilmәsini pislәyir;  

2. Ermәnistan hökumәtini Azәrbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermәnilәri tәrәfindәn 822 (1993), 853  (1993) vә 874 (1993) saylı qәtnamәlәrә riayәt edilmәsinә nail olmaq mәqsәdilә öz nüfuzundan istifadә etmәyә vә hәrbi  kampaniyanı genişlәndirmәk üçün lazımi vasitәlәrin münaqişәyә cәlb olunan qüvvәlәrә verilmәmәsini tәmin etmәyә çağırır;  

3. ATӘM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bәyannamәsini1 alqışlayır vә onun tәrkibindә atәşkәsin dayandırılması haqqında olan birtәrәfli bәyanatlarla bağlı tәkliflәri yüksәk qiymәtlәndirir;  

4. Maraqlı tәrәflәrdәn ATӘM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixindә Vyanada keçirilәn iclasında edilәn düzәlişlәrlә "Tәhlükәsizlik Şurasının 822 (1993) vә 853 (1993) saylı qәtnamәlәrinin hәyata keçirilmәsi üzrә tәxirәsalınmaz addımların  Yenilәşdirilmiş cәdvәlinә"2 uyğun olaraq hәrbi әmәliyyatların vә düşmәnçilik hәrәkәtlәrinin dәrhal dayandırılmasını, Zәngilan  rayonundan vә Horadiz şәhәrindәn işğalçı qüvvәlәrin birtәrәfli qaydada çıxarılmasını vә Azәrbaycan Respublikasının bu  yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvәlәrin çıxarılmasını tәlәb edir;  

5. Maraqlı tәrәflәri ATӘM-in Minsk qrupuna kömәk mәqsәdilә Rusiya Federasiyası hökumәtinin yardımı ilә hәyata keçirilәn  birbaşa әlaqәlәr nәticәsindә әldә edilәn atәşkәsi tәcili bәrpa, onu effektiv vә daimi etmәyә, vә ATӘM-in Minsk prosesi vә

Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzәlişlәrlә birlikdә "Yenilәşdirilmiş cәdvәl" kontekstindә münaqişәnin danışıqlar vasitәsilә hәllinin axtarılmasına tәkidlә çağırır;  

6. Regionda olan bütün dövlәtlәri münaqişәnin genişlәnmәsinә vә regionda sülh vә tәhlükәsizliyin pozulmasına gәtirib çıxara  bilәcәk hәr cür düşmәnçilik hәrәkәtlәrindәn vә hәr cür müdaxilәdәn çәkinmәyә bir daha çağırır;  

7. Baş Katibdәn vә müvafiq beynәlxalq qurumlardan Zәngilan rayonunun, Horadiz şәhәrinin vә Azәrbaycanın cәnub  sәrhәdinin әhalisi dә daxil olmaqla zәrәr çәkmiş әhaliyә tәcili humanitar yardım göstәrmәyi, vә qaçqın vә mәcburi  köçkünlәrә tәhlükәsiz vә lәyaqәtlә öz evlәrinә qayıtmaqda kömәklik etmәyi xahiş edir;  

8. Baş Katibә, ATӘM-in Fәaliyyәtdә olan Sәdrinә vә ATӘM-in Minsk Konfransının Sәdrinә Minsk prosesinin gedişi vә yerlәrdә vәziyyәtin bütün aspektlәri, xüsusilә Şuranın müvafiq qәtnamәlәrinin hәyata keçirilmәsi, vә bununla әlaqәdar ATӘM ilә Birlәşmiş Millәtlәr Tәşkilatı arasında indiki vә gәlәcәk әmәkdaşlıq haqqında Şuraya mәruzәlәrini davam etdirmәk barәdә xahişini tәkrar edir;  

9. Mәsәlә ilә fәal şәkildә mәşğul olmağı davam etdirmәyi qәrara alır.  

3313 saylı iclasda yekdilliklә qәbul edilmişdir.  

Mәnbә: 1993-cü il üçün Tәhlükәsizlik Şurasının rәsmi hesabatları, Qәtnamәlәri vә qәrarları.  

1. Tәhlükәsizlik Şurasının rәsmi hesabatları, qırx sәkkizinci il, 1993-cü ilin oktyabr, noyabr vә dekabr ayları üçün әlavә.  Sәnәd S/26718.  

2. Yenә orada, sәnәd S/26522, әlavә.