İstiqlaliyyət Bəyannaməsi

Declaration_of_Independence_of_Azerbaijan.png

İstiqlal Bәyannamәsi bütün türk-müsәlman dünyasında, ümumiyyәtlә bütün Şәrqdә, ilk dәfә olaraq Azәrbaycanda әn  demokratik respublika idarә üsulunun parlamentli respublikanın yaradılacağından xәbәr verirdi. Azәrbaycan Milli Şurasının  İstiqlal Bәyannamәsindә deyilirdi:  

1. Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan  da tam hüquqlu müstәqil bir dövlәtdir.  

2. Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir.  

3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr  yaratmaq әzmindәdir.  

4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri  daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.  

5. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.  

6. Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt  daşıyan Müvәqqәti hökumәt durur.