Əkbərov Rövşən

Rövşən_Əkbərov.jpg

Ata adı: Telman

Doğum tarixi: 1965-06-04

Doğum yeri: Bakı şəhəri

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.

Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • 14.12.1993 —  "Azərbaycan Bayrağı" ordeni.
  • 05.10.1994 —  Azərbaycanın Milli Qəhrəmanı[.
  • 04.04.1995 —  "Azərbaycan Bayrağı" ordeni.
  • 24.06.2003 —  "Vətən uğrunda" medalı.
  • 25.06.2011 —  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.