Emil Əsədov

Ata adı: Balaqardaş

Doğum tarixi: 1998-01-11

Şəhid olduğu tarix: 2020-11-08

Doğum yeri: Salyan

Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub.[1] 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb. Emil Əsədov hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda şəhərində "N" saylı hərbi hissədə "leytenant" hərbi rütbəsi ilə başladı. Azərbaycan Ordusunun leytenantı olan Emil Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Taqım Komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əsədov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. "Qarabağ" ordeni "Vətən uğrunda" medalı
816.jpg