Niyaməddin Ələkbərov

Ata adı: İsrafil

Doğum tarixi: 1989-07-12

Şəhid olduğu tarix: 2020-10-02

Doğum yeri: Naxçıvan, Azərbaycan

Ələkbərov Niyaməddin 1989- cu ildə Naxçıvanın Sədərək rayonunda dünyaya gəlib. Kiçik yaşlarında ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən Niyaməddin elə orta məktəbə ilk addımlarını da bu şəhərdə atıb. 35 saylı tam orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Lakin vətən eşqi, hərbiyə olan maraq onu ali təhsili yarımçıq qoyub hərbi xidmətə yola düşməyə sövq edib. Hərbi xidmət zamanı nizam-intizamı, verilən tapşırıqları vaxtında və etirazsız yerinə yetirməklə hər zaman yaşıdlarından seçilib. Hərbiyə olan marağı bu dəfə də üstün gəlib və Niyaməddin müddətdən artıq xidmət edərək, ordumuzun sıralarında qulluq edib. 4 uşaqlı ailənin 3-cü ovladıdır, subay olub. Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
niyaəməddin.jpeg