Əlizamin Mustafalı

Ata adı: Valeh

Doğum tarixi: 1997-09-01

Şəhid olduğu tarix: 2020-10-21

Doğum yeri: Beyləqan rayonunda

Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə Cəbrayıl, Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə olub. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
39.jpg