Tərlan Atakişiyev

Ata adı: Dərgah

Doğum tarixi: 1977-02-23

Şəhid olduğu tarix: 2020-10-24

Doğum yeri: Şamaxı

Baş Leytenant Atakişiyev Tərlan Dərgah oğlu 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, natamam orta məktəbi başa vurandan sonra ailə Bakıya köçür, Tərlan orta təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Orta məktəbi bitirib, Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) daxil olur. Arada 1 il möhlət götürür, Almaniyada yaşamaq istəyir, amma yenidən geri dönür. Ali təhsil alarkən hərbi kafedranı bitirmiş Tərlan leytenant kimi hərbi xidmətə yollanır. O illərdə həyatını hərbə bağlamaq istəyir, amma bu arzusu reallaşmır. Bunun səbəbi uşaqlıqdan revmatizmə tutulması idi. Bundan sonra o, ordudan tərxis olundu və zabit kimi ehtiyata buraxıldı. Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra Tərlan könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. O, 29 sentyabr tarixində orduya çağırılır. 24.10.2020 tarixində Füzulidə gedən döyüşlərdə şəhid olur. Şəhid Atakişiyev Tərlan Şamaxı rayonu Göylər kəndi Sarıtəpə qəbirstanlığında dəfn olunub. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə leytenant Atakişiyev Tərlan Dərgah oğlu ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
WhatsApp Image 2020-12-26 at 17.46.34.jpeg