Ərtoğrul Nadirli

Ata adı: Hümbət

Doğum tarixi: 1997-03-31

Şəhid olduğu tarix: 2020-10-02

Doğum yeri: Sədərək rayon

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə "Döyüşdə fərqlənməyə görə" medalı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir
64.jpg