Mərahim Abdullayev

Ata adı: Aslan

Doğum tarixi: 2002-03-27

Şəhid olduğu tarix:

Doğum yeri: Şəmkir rayonu, Keçili kəndi

Mərahim evin son beşiyi olduğu üçün ərköyün böyüyüb. Çox mehriban, dəli-dolu uşaq idi. Həmişə hamının köməyinə qaçıb, hər zaman əldə-ayaqda olan uşaq olub. Mərahimin 18 yaşı tamam olsa da, hərbi xidmətə aparmayıblar. Buna görə hərbi komissarlığa gedib, tələb edib. Inadından sonra onu hərbi xidmətə yollanmaq üçün çağırışçı elan ediblər. Hərbi xidmət dövründə də həmişə intizamı, bacarığı ilə seçilib. Hər dəfə evlə danışanda “Oktyabrda gələcəyəm” deyirmiş. “Vətən müharibəsi” başlayanda, Mərahim də əsgərdən qabaq, bir Vətən övladı kimi silaha sarılaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Füzuli uğrunda gedən şiddətli döyüşlər zamanı canından çox sevdiyi Vətəni üçün uşaqlıqdan arzusunda olduğu Şəhidlik zirvəsinə ucalıb. Şəhid olmazdan bir gün əvvəl son dəfə ailəsi ilə danışıb. Deyib ki, “düşmənin sonuna çıxırıq, az qalıb. Qələbə qazanacağıq!” Mərahimin ruhu bu gün şaddır. Çünki Mərahim özü bu zirvəni arzulayırdı, buna can atırdı. 2002-ci il təvəllüdlü idi. Cəmi 18 yaşı var idi. 18 yaşında tarix yazdı, tarix oldu. "Vətən uğrunda" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 10 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən təsis edilən medalla təltif olunub. Rütbəsi: Əsgər
WhatsApp Image 2020-12-28 at 13.14.27.jpeg