Şəhriyar Abdullayev

Ata adı: Kamil

Doğum tarixi: 1987-03-02

Şəhid olduğu tarix: 2020-10-13

Doğum yeri: Tərtər rayonunun Cəmilli kəndi

Kəlbəcər rayon Məmmədsəfi kəndində yaşayıb. 1993-ci ildə ermənilərinstan tərəfindən Kəlbəcər rayonunu işğal olunduqdan sonra qaçqın düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 2012-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlamışdır. Şəhriyar Abdullayev 2016-cı il Aprel döyüşlərində də fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif edilmişdir. 27 sentyabr 2020-ci il tarixdən Qarabağ uğrunda gedən doyüşlərdə iştirak etmişdir. Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrutun azad edilməsində xüsusi rolu olmuşdur, təkbaşına 32 erməni əsgərini məhv etmişdir. Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhriyar Abdullayev ailəli olub. Onun 4 və 5 yaşlarında iki qız övladı var. Azərbaycan Respubliukası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəcamı ilə "VƏTƏN UĞRUNDA" medalı ilə (ölümündən sonra), 25 dekabr 2020-ci il fərmanı ilə "CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ" medalı ilə təltif edilmişdir.
WhatsApp Image 2020-12-28 at 13.12.36.jpeg