Zabil Ağayev

Ata adı: Azər

Doğum tarixi: 1994-03-01

Şəhid olduğu tarix: 2020-01-16

Doğum yeri: Saatlı rayonunun Məmmədabad kəndi

Zabil Ağayev 1994-cü ildə Saatlı rayonunun Məmmədabad kəndində dünyaya gəlib.O, hərbi xidməti bitirdikdən sonra hər zaman anasına, "ana, tələsmə bir gün gələcək, o düşmənlərdən Xocalının qisasını alacağıq" deyirdi. Elə məhz bu qisas hissi ilə Vətən müharibəsinə qatılıb. Cəbhəyə yollanan zaman valideynlərinə sevinərək "artıq vaxtdır, torpaqlarımızı azad etməyə gedirik" deyib. Zabil Ağayev Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə aktiv iştirak edərək düşmənin xeyli sayda canlı qüvəsini və texnikasını məhv edib. Sonuncu dəfə noyabr ayının 4-də Şuşa istiqamətində gedən döyüşlərə qatılaraq şəhadətə yüksəlib.
206089.jpg