Xəbərlər

1.jpg

Vətən müharibəsi qəhrəmanları ilə görüş baş tutub

"ASAN Könüllüləri" Təşkilatının 1 saylı Gəncə regional "ASAN Xidmət" mərkəzinin nümayəndəliyinin təşəbbüsü ilə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Vətən müharibəsi iştirakçıları "Əsgərə Məktub" layihəsinə qoşularaq həmyoldaşlarına öz ürək sözlərini ünvanlayıblar.


Ətraflı

1.jpg

N saylı hərbi hissəyə ziyarət olunub

Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı tədbir həyata keçirilib.

Tədbirdən əvvəl ilk olaraq ASAN könüllüləri ilə birgə işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi və Ağdam rayonunun Qızıl Kəngərli kəndinə gedilib, əsgərlərimizə “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar paylanılıb.


Ətraflı

1.jpg

Heydər Əliyev adına Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya edilib.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində 6 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Heydər Əliyev adına Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya edilib.


Ətraflı

IMG_6524.JPG

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

“ASAN Könüllüləri” Təşkilatının 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhid Əliyev Tunarın ailəsinə ziyarət olunub.

Ziyarət çərçivəsində şəhid ailəsinə könüllü tərəfindən şəhidin zərlə işlənmiş portreti təqdim edilib.


Ətraflı

1.jpg

Vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar N saylı hərbi hissədə qəhrəman əsgərlərimizə təqdim olunub.

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində N saylı hərbi hissənin təşəbbüsü və Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə vətəndaşlar tərəfindən ünvanlanan məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar qəhrəman əsgərlərimizə təqdim olunub.

Görüş zamanı Füzuli Dövlət Dram Teatrı konsert-tamaşa proqramı ilə çıxış edib.

Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.


Ətraflı

1.jpg

Bakı şəhərində yerləşən 104 saylı tam orta məktəb "Əsgərə Məktub" layihəsinə qoşulub.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəbin 1-b sinif şagirdləri “Əsgərə Məktub” layihəsinə qoşulublar.

Onlar müzəffər ordumuzun cəsur əsgərlərinə öz ürək sözlərini ünvanlayıblar.


Ətraflı