“İgidlərimizi tanıyaq” rubrikası- Səyavuş Həsənov

144582854_3584685188252533_1035825618607427579_o.jpg

Milli Qəhrəman - Həsənov Səyavuş Həsən oğlu.

1990-cı il 20 yanvar faciəsini eşidən Səyavuş Həsənov işləmək üçün getdiyi Tümen şəhərindən Vətənə dönərək xalq hərəkatına qoşulmuşdur. Torpaqlarımızı müdafiə etmək məqsədilə könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdır. O, bir çox bölgələrdə - Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada igidliklə döyüşmüş, çətin hərbi tapşırıqları layiqincə yerinə yetirmişdir. 1992-ci ilin mayında Səyavuş Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazılır. Elə həmin il Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərmişdir. 1992-ci il iyunun 25-də Səyavuş Həsənov Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

“Şəhid, səndən başlayır Vətən” adlı sənədli film Milli Qəhrəman Həsənova həsr olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı Fərmanı ilə Həsənov Səyavuş Həsən oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.