"İgidlərimizi Tanıyaq" rubrikası- Əliyev Yusif

145685476_3594421663945552_2198990216655270110_n.jpg

Ölümü ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman - Əliyev Yusif.

Vətənin qorunması və torpaqların erməni quldurları tərəfindən təmizlənməsi Yusif Əliyev üçün ali vəzifəyə çevrilmişdi. Yusifin 1991-ci ilin fevralında Goranboyda ilk döyüşü olur və o, bu döyüşdən üzüağ çıxmağı bacarır. Erməni yaraqlıları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. Daha sonra elə həmin il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdən sonra əsgərlərimizə sursat çatdırmaq, həmçinin onları mühasirədən çıxarmaq üçün böyük fədakarlıq göstərən Yusif igidlik göstərərək şəhid olur.

Böyük rəşadət göstərməsindən və qəhrəmanlığından dolayı Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.