"İgidlərimizi Tanıyaq" rubrikası- Əsədov Malik

147327628_3602013959852989_8239423214012875028_n.jpg

“İgidlərimizi Tanıyaq” rubrikasının növbəti buraxılışı:

Son nəfəsində belə Vətən deyən Milli Qəhrəman - Əsədov Malik.

Tarix 1992-ci il yanvar 12-si idi. Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.

Həmin ayın 18-də düşmən kəndə hər tərəfdən hücuma keçmişdi. Yaraqlıların sayı bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Onlar geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirdilər. Lakin artıq gec idi. Malik gözlərini həyata əbədi yummuşdu. Ölümündan öncə Malik onlarla düşməni məhv etmişdi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.