"İgidlərimizi Tanıyaq" rubrikası- Hikmət Nəzərli

159250642_3686639721390412_3244859867582780326_o.jpg

“İgidlərimizi Tanıyaq” rubrikasının növbəti buraxılışını təqdim edirik!

Xalqımızın vətənpərvər oğlu Milli Qəhrəman - Hikmət Nəzərli

Hikmət bir vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına biganə qala bilmirdi. H.Nəzərli Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən Vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu onun döyüş meydanına çevrilir. Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən xəstələnir. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır. Həmin günlər Xocalıda tarixdə misli görülməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

İgidliyindən dolayı Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.