Şəhid baş leytenant Əzizov Elçinin ailə üzvləri ziyarət edilib.

image00007.jpeg

“ASAN Könüllüləri” Təşkilatının 3 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə “Əsgərə Məktub” layihəsi çərçivəsində şəhid baş leytenant Əzizov Elçinin ailə üzvləri ziyarət edilib.

Ziyarət zamanı şəhidin ailə üzvləri “Əsgərə məktub” yazaraq qəhrəman əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.

Baş leytenant Əzizov Elçin Əvəz oğlu Cəbrayıl rayonu ərazisində şəhid olub.

Ölümündən sonra "Vətən Uğrunda" III dərəcəli "Vətənə xidmətə görə" və "Cəbrayılın azad olunmasına" görə medalları ilə təltif edilib.

Elçin və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!