“Qazilərlə görüş” baş tutub.

qazi1.jpg

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi çərçivəsində “Qazilərlə görüş” baş tutub.

Görüşdə Vətən Müharibəsi qaziləri Kazımov Kənan, Məmmədzadə Arif, Rəcəbli Rza, Abbasov Kamal,Rzayev Polad iştirak edib.

Onlar öz döyüş xatirələrini gənclərlə bölüşüb, 44 günlük müharibədə igidlik göstərən Azərbaycan əsgərinin əzm və cəsarətinin nəticəsi olan qələbimiz haqqında danışıblar.