"İgidlərimizi Tanıyaq" rubrikası- Əlif Hacıyev

154732957_3661260123928372_5076443600742398733_n.jpg

Son ana qədər Vətənin mənafeyini düşünən Milli Qəhrəman - Əlif Hacıyev

Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu ermənilərin nəzarətindən tamamilə çıxarılıb. Lakin, 25 fevral 1992 ildə ermənilər “Xocalı əməliyyatı”na başladı. Əlif Xocalı camaatı kəndi tərk etmək haqqında erməni vandalları tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözləyirdi. O və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış erməni yaraqlıları ilə vuruşub bir an belə olsun fikirlərindən dönməmişdilər. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsədə Əlif və dəstəsi məğrurcasına torpaqlarımızı 5 gün qoruyub və bir çox canlı, texniki qüvvəni məhv etməyi bacarıb. Hacıyev bu qanlı və şiddətli döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarıb. Bir daha geriyə dönərək, yenidən döyüşə atılıb. Lakin, avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olub.

Bir oğlan uşağına “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam papağımı yadigar saxlayarsan” ifadəsini deyən mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəmanı hörmətlə yad edirik!