“İgidlərimizi tanıyaq” rubrikası- Ərəstun Mahmudov

153115789_3647363488651369_9215355056050494486_o.jpg

Şəhidlik zirvəsini fəth edən Milli Qəhrəman - Ərəstun Mahmudov

Cəsur hərbçi Ərəstun Mahmudov özünü işgüzar və
aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və məhz bu səbəbdən Ukraynaya növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir. Daha sonra o, erməni yaraqlılarının cəbhəboyu ərazilərdə təxribatlarının alovlandığı vaxtda Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, öz canından, qanından olan xalqının döyüş ərazilərindən köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatların çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu düşmən tərəfindən mənfurcasına raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da qəhrəmancasına həlak olur və şəhidlik zirvəsinə ucalır.

Döyüş ərazisində göstərdiyi rəşadətdən dolayı Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəmanımızı hörmətlə anırıq!