Ağcabədi rayon "C.İbrahimov adına 8 saylı tam orta məktəbi"-nin şagirdləri "Əsgərə Məktub" layihəsinə qoşulublar.

1.jpg

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Ağcabədi regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Ağcabədi rayonunda yerləşən "C.İbrahimov adına 8 saylı tam orta məktəbi"-nin şagirdləri "Əsgərə Məktub" layihəsinə qoşulublar.

Daha sonra şagirdlər vətən keşiyində duran igid əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.