Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

2.jpeg

“ASAN Könüllüləri” Təşkilatının Masallı regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə  Vətən müharibəsi zamanı şəhid olmuş Niyaməddin Sultanzadənin ailə üzvləri ziyarət olunub.

Ziyarət zamanı şəhidimizin ailəsinə könüllülər tərəfindən çəkilmiş şəhidin portreti təqdim edilib. Həmçinin şəhidin ailə üzvləri "Əsgərə Məktub" yazaraq müzəffər ordumuzun igid əsgərlərinə ürək sözlərini ünvanlayıblar.