"Əsgərə məktub" Şuşada!

1.jpg

"Əsgərə məktub" 5 ildən sonra illərdir ki, arzuladığımız qədim mədəniyyət diyarlarımızdan biri olan Şuşada!

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində 12 Mart - Daxili Qoşunlar Günü münasibətilə vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar Şuşa şəhərinin müxtəlif ərazilərində xidmət çəkən Daxili Qoşunların şəxsi heyətinə təqdim olunub.

Məktubların çatdırılmasında məqsəd rəşadətli Azərbaycan ordusunun igid əsgərlərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.