Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

1.jpeg

“ASAN Könüllüləri” Təşkilatının Masallı regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Vətən müharibəsi zamanı şəhid olmuş leytenant Zaur Hüseynovun ailə üzvləri ziyarət olunub. Ziyarət zamanı şəhidimizin ailəsinə könüllülər tərəfindən çəkilmiş şəhidin portreti təqdim edilib, həmçinin şəhidimizin anası müzəffər ordumuzun əsgərlərinə ürək sözlərini ünvanlayıb.

 

Qeyd edək ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.