Ağcabədi rayonunda yerləşən 9 saylı tam orta məktəb "Əsgərə Məktub" layihəsinə qoşulub.

WhatsApp Image 2022-04-08 at 13.21.32.jpeg

"ASAN Könüllüləri" Təşkilatının Ağcabədi regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə "Əsgərə Məktub" layihəsi çərçivəsində Ağcabədi rayonunda yerləşən 9 saylı tam orta məktəbə ziyarət olunub. Ziyarət çərçivəsində məktəbin müəllim və şagirdləri "Əsgərə Məktub" layihəsinə qoşularaq səngərdə duran igid əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.