Vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar N saylı hərbi hissədə qəhrəman əsgərlərimizə təqdim olunub.

1.jpg

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində N saylı hərbi hissənin təşəbbüsü və Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə vətəndaşlar tərəfindən ünvanlanan məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar qəhrəman əsgərlərimizə təqdim olunub.

Görüş zamanı Füzuli Dövlət Dram Teatrı konsert-tamaşa proqramı ilə çıxış edib.

Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.