Vətən müharibəsi qəhrəmanları ilə görüş baş tutub

1.jpg

"ASAN Könüllüləri" Təşkilatının 1 saylı Gəncə regional "ASAN Xidmət" mərkəzinin nümayəndəliyinin təşəbbüsü ilə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Vətən müharibəsi iştirakçıları "Əsgərə Məktub" layihəsinə qoşularaq həmyoldaşlarına öz ürək sözlərini ünvanlayıblar.