Nail Abakarov

Father's name: Müzəffər

Date of birth: 2001-07-24

Date of martyrdom:

Birthplace:

Abakarov Nail Müzəffər oğlu 2001-ci ilin iyul ayının 24-ü Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-cu ildə Kazan şəhərinin 79 saylı İnternat məktəbinin 1-ci sinfində təhsilə başlayıb. 2011-ci ildə ailəlikcə Rusiya Federasiyasından Azərbaycan Respublikasının Zaqatala şəhərinə köçmüşlər. Nail 2011-ci ilin sentyabr ayında Zaqatala şəhər İnternat məktəbinə daxil olmuşdur. 2018-ci ilin sentyabr ayından isə Zaqatala şəhəri Nizami Hüseynov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2020-ci ildə həmin məktəbi bitirmişdir. Cari ilin iyul çağırışında hərbi xidmətə getmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 4 oktyabr tarixində Zaqatala rayonu Aşağı Çardaxlar kənd qəbristanlığında dəfn edilmişdir.
1.jpg