News



172230111_3780670311987352_6999616766634193205_n.jpg

Şəhid Səbuhi Həsənquliyevin doğum günüdür!

Bu gün şəhid Səbuhi Həsənquliyevin doğum günüdür!

Uşaqlığından bəri “Şuşanın dağları”nı zümzümə edən Səbuhi elə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyin təşəbbüsü ilə könüllülərimiz Həsənquliyev Səbuhinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Daha sonra isə şəhidin ailə üzvləri ziyarət olunub. Şəhidin anası “Əsgərə Məktub” yazaraq Azərbaycan əsgərinə öz ürək sözlərini ünvanlayıb.

Şəhid Həsənquliyev Səbuhi Əlixan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Səbuhi və onun timsalında bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar!


Details

170880428_3772415696146147_5979735886602319577_n (1).jpg

Şəhid Mahir Xələflinin doğum günüdür!

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mahir Xələflinin doğum günüdür!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyin təşəbbüsü ilə könüllülərimiz Mahir Xələflinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Daha sonra isə şəhidin ailə üzvləri ziyarət olunub. Şəhidin valideynləri “Əsgərə Məktub” yazaraq Azərbaycan əsgərinə öz dəstəklərini göstəriblər.

Qeyd edək ki, gənc yaşlarından idmana marağı olan Mahir boks, qaydasız döyüş və güləşlə məşğul olub. Mahir Xələfli Vətən Müharibəsində Sumqayıt şəhərinin verdiyi ilk şəhidlərdəndir.

Şəhidimizə Allahdan rəhmət diləyirik!


Details

160813750_3701503153237402_6592935357913870839_o.jpg

Novruz bayramının gəlişi münasibəti ilə ASAN Könüllüləri əsgərlərimizə baş çəkiblər!

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanmış kitablar qəhrəman əsgərlərimizə təqdim olunub.

Görüş zamanı "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvləri tərəfindən əsgərlərimiz üçün vətənpərvər musiqilərdən ibarət kiçik konsert proqramı da təşkil olunub.

Məktublarına çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə Onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.


Details

159353990_3688870824500635_7346425870482467574_o.jpg

"Əsgərə Kitab" aksiyası

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” lahiyəsi çərçivəsində “Əsgərə Kitab” aksiyasına yenidən start verilir!

Lahiyənin əsas məqsədi cəbhə bölgəsindəki qəhrəman əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirmələrini təmin etmək, informasiya ehtiyaclarının ödənilməsinə şərait yaratmaq həmçinin həmrəyliyimizi ifadə etməkdir.

Hər kəs “ASAN xidmət” mərkəzlərində yerləşən “Əsgərə Məktub” guşələrinə yaxınlaşaraq əsgərlərimizə kitab hədiyyə edə bilər.

Vətəndaşlarımızdan hədiyyə edəcəkləri kitabların onlardan xatirə qalması məqsədi ilə ilk səhifəsində əsgərlərimizə olan ürək sözlərini qeyd etmələri arzuolunandır.

Əziz oxucular, Sizi igid əsgərlərimizə kitab bağışlamağa dəvət edirik!


Details