"İgidlərimizi Tanıyaq" rubrikası- İsmayılov İnqilab

151264764_3628579593863092_3843820540252383042_n.jpg

Canı və qanı ilə adını tarixə yazdırmış Milli Qəhrəman - İsmayılov İnqilab.

Zaman keçdikcə, vəziyyət gərginləşirdi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Tezliklə buradan uşaqları, qadınları və qocaları çıxarmaq lazım idi. İnqilab bu işdə camaata öz köməyini əsirgəmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurları tarixdə misli görülməmiş soyqırımı törətdilər. İnqilab yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalıb camaatın bir hissəsini düşmən mühasirəsindən çıxara bildi. İ.İsmayılovun alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Erməni silahlı birləşmələri bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçir, lakin ağır itki verərək geri çəkilirdi.

Düşmən həmin ilin 12 iyununda böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum etdi. Cəsur döyüşçülər bu dəfə də hücumun qarşısını məharətlə aldılar və düşmənin 6 postunu sıradan çıxardılar. İnqilab bu döyüşdə qələbəni öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər.

Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.