Həmid Abbasbəyli

Имя Отца: Cavanşir

Дата рождения: 1991-11-17

Дата смерти шахида:

Место рождения:

Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə almış, müəllimlərinin sevimli və çalışqan şagirdi olmuşdur. Orta təhsilini uğurla bitirən Həmid təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. Liseyi müvəffəqiyyətlə bitirən Həmid Abbasbəyli, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etmişdir. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil etmiş və “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilmişdir.Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmış, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak etmişdir. Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi 24 oktyabr tarixində əvəəlcə Xətai rayonuna gətirilmiş, burada böyük izdihamla qarşılanmış, valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana gətirilmiş və yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayonu icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılmışdır.
200px-Həmid_Cavanşir_oğlu_Abbasbəyli.jpg