Gündüz Abdullayev

Имя Отца: Çingiz

Дата рождения: 1999-12-01

Дата смерти шахида: 2020-12-17

Место рождения: Biləsuvar rayonu

Çingiz Abdullayev 7 noyabr 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbdə təhsil almışdır. 2018-ci ildən Gəncə şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamış, 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi fəaliyyətə başlamışdır. Gündüz Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə ilk qoşulan hərbi qulluqçularımızdandır. O, Murov yüksəkliyinin erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Gündüz Abdullayev 17 dekabr 2020-ci il tarixdə Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
WhatsApp Image 2020-12-28 at 12.36.59.jpeg