Həsən Abdullayev

Имя Отца: Qərib

Дата рождения: 1994-06-21

Дата смерти шахида: 2020-11-06

Место рождения: Gəncə şəhəri

Abdullayev Həsən Qərib oğlu 1994-cü il iyunun 21-i anadan olub. Gəncə şəhidi Abdullayev Həsən müharibənin ilk günlərində Murov yüksəkliyi uğrunda döyüşdə bir neçə gün neytral ərazidə qalıb, sonra Laçın uğrundakı döyüşdə əsgər yoldaşları şəhid olub. Özü tək qalıb və özünü qorumaq üçün meyidlərin altında gizlənib. 4 gün sonra isə Yaşma (kəşfiyyat) həmin yerə gəlib. Gəldikləri zaman Həsən onlara sağ olduğunu bildirib və onlara könüllü qoşularaq Daşaltıya gedib. Şuşa şəhərində 2020-ci il noyabrın 5-dən 6-na keçən gecə şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də isə dəfn olunub. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
WhatsApp Image 2020-12-28 at 12.38.09.jpeg