Masallı regional "ASAN xidmət" mərkəzinin könüllüləri şəhid İntiqam Əsgərli və qardaşı Nurlan Əsgərlinin ailəsi ziyarət olunub

153682833_3651959058191812_2632280862989856766_o.jpg

Masallı regional "ASAN xidmət" mərkəzinin könüllüləri İkinci Qarabağ müharibəsində xüsusi şücaət göstərərək şəhid olmuş İntiqam Əsgərli və Aprel döyüşləri zamanı şəhid olmuş qardaşı Nurlan Əsgərlinin ailəsini ziyarət ediblər.

Könüllülərimiz qəhrəman oğulların valideynlərinin övladları haqqında xatirələrini dinləyiblər. İgidlərin atası əsgərlərimizə məktub yazaraq onlara mənəvi dəstəyini ünvanlayıb.

Qeyd edək ki, Əsgərli İntiqam Bayram oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" və "Vətən Uğrunda" medalları ilə təltif olunub.

Şəhidlərimizə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!