"İgidlərimizi Tanıyaq" rubrikası-Məzahir Rüstəmov

156150724_3670074846380233_905178237723982913_o.jpg

İgidlik səlnaməsi yazmış Milli Qəhrəman - Məzahir Rüstəmov

Məzahir 1992-ci ilin martın 23-də könüllü olaraq Milli Orduya yazılıb, Şınıxa gəlir. Məzahir şəhər mühitindən çıxıb, odun-alovun içinə gəlmişdi. Lakin çətinliklər onu qorxutmurdu, hər zaman öz döyüşçüləri ilə düşmən üzərinə atılmaq əzmində idi.

1992-ci il avqustun 6-da erməni quldurları xeyli canlı qüvvə və hərbi texnika ilə qəfildən Mutudərə kəndinə hücuma keçir. Qanlı döyüş başlayır. Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir qəhrəmancasına həlak olur və düşmən əlinə diri-diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladır. Məzahirin faciəli ölümü, necə deyərlər “qığılcımdan alov törətdi”. Briqada komandiri, polkovnik Cahangir Rüstəmovun komandanlığı altında avqustun 8-də qoşunlarımız hücuma keçərək Mutudərəni və Başkəndi erməni quldurlarından təmizlədilər. Təəsüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.

Cəsarətindən dolayı Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

#ASANKönüllüləri #ASANVolunteers #AKT #ƏsgərəMəktub #İgidlərimİZiTanıyaq