Ağayev Fərhad

Fərhad_Ağayev.jpg

Ata adı: İslam

Doğum tarixi: 1975-08-04

Vəfat etdiyi tarix: 1995-03-15

Doğum yeri: Sabirabad rayonu, Aləmbəyli kəndi

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sabirabad rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bitirdiyi orta məktəb onun adını daşıyır.