Xəbərlər

IMG_1708.jpeg

"Əsgərə Məktub" var

Vətəndaşlarımız tərəfindən yazılmış yeni bir “Əsgərə Məktub”u sizinlə paylaşırıq!

Qeyd edək ki, hər biriniz www.esgeremektub.az saytına daxil olaraq və ya "ASAN xidmət" mərkəzlərində yerləşən "Əsgərə Məktub" köşklərinə yaxınlaşaraq qələbəni bizə yaşadan qəhrəman əsgərlərimizə öz ürək sözlərinizi ünvanlaya bilərsiniz!


Ətraflı

Elvin sayt1.jpg

Şəhid Elvin Novruzovun doğum günüdür!

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Elvin Novruzovun doğum günüdür!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə könüllülərimiz şəhidin ailə üzvlərini ziyarət ediblər.

Şəhid Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Elvin və onun timsalında bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar!


Ətraflı

igid88.png

"İgidlərimizi Tanıyaq" rubrikası - Ramiz Qəmbərov

“İgidlərimizi Tanıyaq” rubrikasının növbəti buraxılışını təqdim edirik!

Bu gün Milli Qəhrəman Ramiz Qəmbərovun anım günüdür.

Ramiz Qəmbərov minlərlə Azərbaycan oğulları kimi erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsinə qalxıb. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulub. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişib.

İgidliyindən dolayı Ramiz Bulud oğlu Qəmbərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Ətraflı

vüsal sayt.jpg

Şəhid Vüsal Allahyarovun doğum günüdür!

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Vüsal Allahyarovun doğum günüdür!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə könüllülərimiz şəhidin ailə üzvlərini ziyarət ediblər.

Şəhid Allahyarov Vüsal Şakir oğlu ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Şəhidimizə Allahdan rəhmət diləyirik!


Ətraflı

172230111_3780670311987352_6999616766634193205_n.jpg

Şəhid Səbuhi Həsənquliyevin doğum günüdür!

Bu gün şəhid Səbuhi Həsənquliyevin doğum günüdür!

Uşaqlığından bəri “Şuşanın dağları”nı zümzümə edən Səbuhi elə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyin təşəbbüsü ilə könüllülərimiz Həsənquliyev Səbuhinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Daha sonra isə şəhidin ailə üzvləri ziyarət olunub. Şəhidin anası “Əsgərə Məktub” yazaraq Azərbaycan əsgərinə öz ürək sözlərini ünvanlayıb.

Şəhid Həsənquliyev Səbuhi Əlixan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Səbuhi və onun timsalında bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar!


Ətraflı

170880428_3772415696146147_5979735886602319577_n (1).jpg

Şəhid Mahir Xələflinin doğum günüdür!

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mahir Xələflinin doğum günüdür!

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyin təşəbbüsü ilə könüllülərimiz Mahir Xələflinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Daha sonra isə şəhidin ailə üzvləri ziyarət olunub. Şəhidin valideynləri “Əsgərə Məktub” yazaraq Azərbaycan əsgərinə öz dəstəklərini göstəriblər.

Qeyd edək ki, gənc yaşlarından idmana marağı olan Mahir boks, qaydasız döyüş və güləşlə məşğul olub. Mahir Xələfli Vətən Müharibəsində Sumqayıt şəhərinin verdiyi ilk şəhidlərdəndir.

Şəhidimizə Allahdan rəhmət diləyirik!


Ətraflı