Cəbrayılov Fəxrəddin

Fəxrəddin_Cəbrayılov.jpg

Ata adı: Mövsüm

Doğum tarixi: 1958-08-12

Doğum yeri: Ermənistan Res., Goris rayonu

Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il "N" saylı taborun komandiri vəzifəsinə təyin olunur. 1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonunda və Kəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular. 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır. 2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.