logo Əsgərə məktub! logo
Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz! İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər insana. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın... Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir Vətənə xidmət. Mən cənubi Azərbaycanda yaşayan bir Azərbaycan türkü qadınıyam və mən öz əsgərlərimizlə fəxr edirəm.Qazandığınız qələbə şanlı tariximizə qızıl hərflərlə yazıldı.Bu sizin qələbənizdir bu Azərbaycanın və bütün türk dünyasının qələbəsidir.Ölkəmiz artıq qalib ölkədir.Sevincimizin həddi hüdudu yoxdur.Bu qələbəyə görə sizə təşəkkür etməliyik.Qarşında baş əyirəm Azərbaycan əsgəri!