logo Əsgərə məktub! logo
Salam,Azərbaycan əsgəri.Salam,bu tarixi missiyanı şərəflə yerinə yetirən igid əsgər.Dəfələrlə sizə məktub yazmağıma baxmayaraq,bugündə yazmaq istədim.Çünki bugün,Şuşanın azad edilməsi xəbərini eşitdik.Bir bilsəniz,xalq bu xəbəri eşidəndə necə uşaq kimi sevinib,ağlayır.Xalqın ən böyük arzusunu yerinə yetirir,tarix yazırsınız.Bunu məhz siz edirsiniz.Bu xalqın ən böyük qəhrəmanları sizsiniz. Biz sizinlə daim qürur duyur və fəxr edirik.Qarabağımızı bizə qaytaran Əsgərlərimiz,bəlkə də heç vaxt adlarınızı bilməyəcək,sizi tanımayacağıq.Ancaq siz bizim yenədə Qəhrəmanlarımız olaraq qalacaqsınız.Var olsun Azərbaycan əsgəri