Bağır Ələkbərov

Ata adı: Əsəd

Doğum tarixi: 1995-02-10

Şəhid olduğu tarix: 2020-10-15

Doğum yeri: Naxçıvan, Azərbaycan

Bağır Ələkbərov (tam adı: Bağır Əsəd oğlu Ələkbərov; 10 fevral 1995; Naxçıvan, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi. Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001-2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Bağır Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı və xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində gizir rütbəsi ilə snayper olaraq davam elədi. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərildi. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR-da baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt kəndi, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını dəqiq yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Bağır Ələkbərov Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində savaşıb. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
bağır.jpeg