Röyal Ələkbərov

Ata adı: Fərmail

Doğum tarixi: 1994-06-23

Şəhid olduğu tarix: 2020-10-16

Doğum yeri: Naxçıvan, Azərbaycan

Naxçıvanın qəhrəman oğlu Baş leytenant Röyal Ələkbərov könüllü olaraq Qarabağ müharibəsi başlayan ilk günlərdən cəbhəyə yollanıb. Cəbrayıl və Füzuli rayonlarının erməni işğalçılarından azad olunması döyüşlərində igidliklə vuruşub. Baş leytenantın ən böyük arzusu Qarabağı azad görmək idi, bunu həm ailəsi, həm də hərbçi yoldaşları dəfələrlə onun dilindən eşitmişdilər. Arzusuna çatan baş leytenant Röyal Ələkbərov qəhrəman bir döyüşçü kimi əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq. Döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlığa görə "Vətən uğrunda " medalı ilə təltif olunub.
röyal.jpeg