Beyrək Aydəmirov

Ata adı: Etibar

Doğum tarixi: 1990-08-13

Şəhid olduğu tarix: 2020-10-08

Doğum yeri: Şabran

Aydəmirov Beyrək Etibar oğlu 1990-cı il 13 avqust tarixində Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olmuşdur. Hələ 6 yaşında ikən o, atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam etmişdir. 2008-ci ildə hərbi xidmətə çağırılıb və 112 nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olur. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öndə iştirak etmiş vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. 8 oktyabr tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən şəhid Aydəmirov Beyrək Etibar oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Məzarı Şabran rayonu Çayqaraqaşlı kənd qəbirstanlığında yerləşir. Şəhidimizin Dilək adlı Vətənə əmanət bir qız övladı var.
WhatsApp Image 2020-12-26 at 18.22.33.jpeg