Asif Azayev

Ata adı: Məhəmmədağa

Doğum tarixi: 1985-02-01

Şəhid olduğu tarix: 2020-10-20

Doğum yeri: Şamaxı rayonu,

Azayev Asif Məhəmmədağa Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub.[1] 1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı. 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı. Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
WhatsApp Image 2020-12-26 at 18.09.47.jpeg