Ceyhun Dünyamalıyev

Ata adı: Zeynal

Doğum tarixi: 1996-10-15

Şəhid olduğu tarix: 2020-11-08

Doğum yeri: Naxçıvan şəhəri, Culfa rayonu

Dünyamalıyev Ceyhun Zeynal oğlu 15 oktyabr 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhəri 3 nömrəli orta məktəbin birinci sinfinə qəbul olub. 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2014-2018-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2019-cu illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olmuşdur. Şəhidimiz hələ sağikən 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş, ölümündən sonra isə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
11.jpg