Şixmir Ağamirov

Ata adı: Qabil

Doğum tarixi: 1990-04-05

Şəhid olduğu tarix: 2020-11-08

Doğum yeri: Qusar

Şıxmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican кəndində anadan olub . Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şıxmir Ağamirov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qusar rayonundə dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edildi . Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra " Şuşanın azad olunmasına görə " medalı ilə təltif edildi .
Şixmir.jpg