İlkin Ağaquliyev

Ata adı: Saməddin

Doğum tarixi: 2000-10-04

Şəhid olduğu tarix: 2020-10-16

Doğum yeri: Şabran

İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Şabran şəhərində doğulub . Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır . 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur . Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur . İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır . 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır . 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhramancasına şəhid olmuşdur . 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edildi.
Ağaquliyev İlkin Saməddin.jpg