Ağali Ağayev

Ata adı: Tağı

Doğum tarixi: 1995-04-29

Şəhid olduğu tarix: 2020-10-26

Doğum yeri: Siyəzən

Ağali Ağayev 29 aprel 1995-ci ildə Siyəzən rayonunda anadan olub . Ağali Ağayev 2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad şəhərində olan " N " saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub . 2016-cı il sentyabr-oktyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində MAHHXHQ çavuşluq kursunu bitirir və 2017-ci il iyul ayından Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün N saylı hərbi hissəyə ezam olunmuşdur . 2017-ci il noyabr ayından N saylı hərbi hissədəki xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı tağımında kəşfiyyatçı vəzifəsində xidmət etmişdir . 2019-cu il yanvar ayından N saylı hərbi hissəyə ezam olunmuşdur . Həmin hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində xidmət etmişdir.. Ağali 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı 26 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub . 15 dekabr 2020-ci ildə " Vətən uğrunda " medalı ilə təltif olunmuşdur . 18 dekabr 2020-ci ildə "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif olunmuşdur.
Ağali.jpg