Ağamali Ağayev

Ata adı: Şamil

Doğum tarixi: 1996-09-23

Şəhid olduğu tarix: 2020-10-19

Doğum yeri: Masallı

Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub . 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb . Subay idi . Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın , Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib . Ağamalı Ağayev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı yaralı hərbçini döyüş meydanından çıxaran zaman snayper gülləsi nəticəsində şəhid olub . Masallı rayonunda dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edildi.
Ağayev Ağamali Şamil.jpg