Əhəd Ağayev

Ata adı: Bilal

Doğum tarixi: 1986-01-17

Şəhid olduğu tarix: 2020-11-01

Doğum yeri: Astara

Ağayev Əhəd Bilal oğlu 1987-ci ildə Azərbaycan Respublikasının Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur . Əhəd Ağayev aprel 2005-ci il oktyabr 2006-cı illərdə həqiqi hərbi xidmətini yerinə yetirir . O , 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zaman könüllü olaraq müharibəyə qatılır . Əhəd Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edir və qəhramancasına şəhid olur . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edildi . Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra " Xocavəndin azad olunmasına görə " medalı ilə təltif edildi.
Əhəd.jpg